Forum

Məlumat

13-cü Dünya Skaut Gənclər Forumu

Mövzu: Arzula... İnan... Hərəkətə keç...

Dünya Skaut Gənclər Forumu yetişkinlərin və gənc üzvlərin böyük yaşlı bölümlərdə birgə inkişafının iştirakı prosesinə dəstək üçün olan təhsil tədbiridir. Bu, gəncləri gücləndirən və onları ruhlandıran, Skautlar içərisində və daha geniş cəmiyyətdə istifadə edə biləcək, qərar vermə bacarıqlarını inkişaf etdirməyə kömək olan bir tədbirdir.

Dream... Believe... Act...

Tarixlər

Gənclik Forumu 7-10 Avqust tarixləri arasında Qəbələdə baş tutacaqdır. Açılış mərasimi 7 Avqust tarixində axşam saatlarında və bağlanış mərasimi 10 Avqust tarixində axşam saatlarında keçiriləcəkdir.

Təyin edilmiş gediş və gəliş günləri:

  • Foruma gəliş vaxtı: Bazar günü, 6 Avqust
  • Forumdan gediş vaxtı: Cümə günü, 11 Avqust (bu tarix Konfrans və İntereventdə iştirak etməyəcək şəxslər üçündür)

13-cü Dünya Skaut Gənclər Forumu (DSGF) 7 – 10 avqust, 2017-ci il tarixində Qəbələdə baş tutacaqdır. Bildirməliyik ki, bu Dünya Skaut Gənclər Forumu 120-dən çox QHT-ni təmsil edən 325 insanın qatıldığı ən böyük və ən fərqli forum olacaqdır.

Qeydiyyat və gəliş məsələləri         
DSGF-ə qeydiyyat 3 iyul, 2017-ci il tarixində bağlı elan olunmuşdu. Sizin QHT heyətiniz artıq forum üçün qeydiyyatdan keçmişdirsə, sistemdə gəliş – gediş vaxtlarınız barədə dəqiq məlumatı qeyd etməniz son dərəcə əhəmiyyətlidir. Belə ki, nəticədə ev sahibliyi edən komitə sizləri qarşılaya və sizin üçün Qəbələyə nəqliyyat təşkil edə bilər. Sistemdə yalnız yekun məntəqəni (Bakı və ya Qəbələ hava limanlarından birini) və Azərbaycandan geriyə ilk uçuşu göstərdiyinizə bir daha əmin olun. Siz Cvent qeydiyyat sistemindən elektron şəkildə aldığınız təsdiq məktubu vasitəsilə rezervasiyalara giriş imkanı əldə edə bilərsiniz.

Bildirmək istərdik ki, Foruma rəsmi gəliş tarixi 6 avqustdur. Siz rəfedilməz səbəblər üzündən 7 avqust tarixində gələcəksinizsə, ev sahibliyi edən komitə sizi hava limanında qarşılamaq və nəqliyyat vasitəsilə tədbirin keçirilmə yerinə çatdırmaq üçün əlindən gələni edəcəkdir, habelə 7 avqust tarixində baş tutacaq nəqliyyat daşımaları çox məhdud sayda olacaqdır (Bakıdan Qəbələyə səhər vaxtı bir pulsuz nəqliyyat və günorta vaxtı da digər bir pulsuz nəqliyyat olacaqdır). Bakıdan Qəbələyə gedən yol dörd saatlıq olduğuna görə iştirakçılar onlar üçün nəzərdə tutulan pulsuz marşrutlar yola düşməzdən əvvəl gələ bilmədikdə, həmin şəxsləri Gənclər Forumuna çatdırmaq çox çətin olacaqdır. Beləliklə, sizdən xahiş olunur ki, bunu nəzərə alıb gecikməyəsiniz və nəticədə sözügedən Forumun ilk günündə baş tutacaq proqramın vacib bir hissəsini buraxmayasınız.

Keçiriləcək tədbir ilə bağlı yerlər maksimum şəkildə dolduğuna görə Forumda iştirak etmək üçün əlavə rezervasiyalar qəbul olunmur.

Foruma giriş
Foruma giriş Qafqaz Resort Otelinin əsas binasının vestibülündə otelə gələn kimi baş tutacaqdır.

Forum Sənədləri
İngilis və fransız dillərində olan forum sənədləri müntəzəm olaraq Forum Sənədləri səhifəsi olan scout.orgwsc2017.az - də yüklənir. Buna görə də sizə tövsiyə edirik ki, heyətiniz həmin veb-səhifələri müntəzəm olaraq Forum barədə ən son yeniliklər ilə bağlı yoxlasın.

Rəqəmsal Görüş
DSGF açılış səhifəsi (WSYF landing page) olan WOSM-da indi rəqəmsal görüş ilə bağlı bir platforma mövcuddur. Bu platforma DSGF iştirakçılarına, o cümlədən DSGF-ə qatılmaq istəyən gənclərə  uzaqdan distant şəkildə iştirak etmək imkanı verir.  Bu platforma DSGF-də iştirakı artırmaq üçün yaradılan yeni vasitədir.

Tədbir zamanı canlı yayım baş tutacaqdır, gənclərin bəzi müzakirələri izləyə bilməsi və iştirak edə bilməsi üçün mövzuların məzmunu müntəzəm olaraq yüklənəcəkdir. Yerli və ya milli gənclər forumunun təşkili prosesinə yardım etmək üçün və sizin QHT-dəki iştirakınıza müsbət təsir etmək üçün bir sıra resurslar da yaradılmışdır.

WOSM nəinki Roverlər və gənc yeniyetmələrə, o cümlədən gənc yaş qrupundan olan şəxslərə çatmaq üçün bütün kanallar vasitəsilə bunu təşviq etməyə QHT-lərin hamısını həvəsləndirir. Bu da bütün gənclərə Gənclərin cəlb edilməsi barədə öyrənmək imkanı verir.

Gənc Məsləhətçilər
Hazırda Gənc Məsləhətçilərin Seçimlərinin sənədi  (5 saylı Forum Sənədi)
ingilis və fransız dillərində mövcuddur. WOSM hazırda namizədlərlə əlaqə qurur ki, onları seçim prosesinə hazırlasın və onlara DSGF-dən əvvəl iştirakçıların cəlb edilməsi üçün yaxşı imkanlar təklif etsin. Rəqəmsal görüş platforması namizədlər və iştirakçılar arasında qarşılıqlı əlaqənin baş tutacağı yerdir. İlk qarşılıqlı əlaqə artıq videolar vasitəsilə edilmişdir, həmin videolarda namizədlər özlərini çəkmiş və sosial mediada DSGF iştirakçıları tərəfindən sadalanan üç sualı cavablandırmışlar. Həmin videolara DSGF səhifəsində 12 iyul, 2017-ci il tarixindən rast gəlmək olar.

Sülh Təlimi Dialoqu
KAICIID dialoq mərkəzi ilə əməkdaşlıq edən WOSM, 100 Forum iştirakçısına yalnız Sülh Dialoq təlimi təklif edir. Təlim üçün gəlmə vaxtı 3 Avqust Cümə axşamı olacaqdır. Təlim günləri 4 və 5 Avqust 2017-ci tarixlərində də olacaqdır. Sizin heyətinizdən olan üzvlər DSGF-dən əvvəl baş tutan Sülh Dialoqu təlim kursunda (4 – 5 avqust, 2017) iştirak edirlərsə, onlar zəruri məlumat əksini tapan e-poçt məktubu almışlar. Onlar bu məktubu almamışlarsa, bu o deməkdir ki, ya onlar təlim üçün qeydiyyatdan keçməmiş, ya da DSGF iştirakçısı deyillər. Təlim kursu üçün yerlər maksimum həddə dolduğundan, biz əlavə iştirakçıları qəbul etmirik.

                                                                    Sülh Dialoqu Təlimi:
KAICIID dialoq mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində WOSM yalnız Sülh Dialoqu üzrə 100 forum iştirakçısına təlim təklif edir. Təlim üçün gəliş tarixi 3 avqust, cümə axşamı günüdür. Təlimin baş tutacağı iş günləri isə 4 – 5 avqust, 2017-ci il tarixləridir.

Siz də Sülh Dialoqu Təlimində iştirak edirsinizsə, qeydiyyat sisteminə öz uçuş vaxtlarınız barədə məlumatları təqdim etməniz VACİBDİR. Belə ki,  ev sahibliyi edən komitə sizi çatan kimi hava limanında qarşılaya bilsin və sizin tədbirə gedib çata bilməniz üçün müvafiq nəqliyyatı təşkil etsin.

Onlayn Təlim - Compass
Bütün DSGF iştirakçıları Compass-dan keçməlidir. Bu, onları DSGF-ə hazırlayacaq onlayn təlim kursudur. Təlimi bitirən kimi onlar pasport alacaqlar və həmin pasportun çap ya da rəqəmsal formatını DSGF-dəki qeydiyyat masasındatəqdim etməlidirlər.  Bu pasport olmadan onlar qeydiyyatını tamamlaya bilməyəcəklər. Onlayn təlim kursu üçün  link uğurla qeydiyyatdan keçən bütün iştirakçıların e-poçtuna göndərilmişdir. Bu, DSGF-də namizədləri fəal iştiraka hazırlamaq üçün çox vacib bir addımdır.

360 Bazar Yeri
Çərşənbə günü, 9 avqust, 2017-ci il, saat  13:30-da DSGF heyətləri sosial nüfuz qazanan layihələri nümayiş etdirmək imkanına malik olacaqlar (xüsusilə, Sülhməramlıları, Dünya Mükafatı Skautları, Ətraf Mühit Təhsili, icma inkişafı və / və ya yerli və ya milli səviyyədə istənilən digər təşəbbüs ilə əlaqədar layihələr). Tədbirin məqsədi skautların öz cəmiyyətlərində necə müsbət təsir yaratdıqlarını göstərmək və iştirakçıların bir-birinin təcrübəsindən öyrənmələridi


                                                                                                     Mədəniyyət Gecəsi                      
Öz milli kostyumlarını, yeməklərini, musiqilərini və s. göstərmək ya da paylaşmaq Dünya Skautları Tədbirlərinin ən əyləncəli hissələrindəndir. DSGF gündəliyinə çərşənbə günü 9 avqust, 2017-ci il tarixində keçiriləcək Mədəniyyət Gecəsi (beynəlxalq gecəyə bərabər) daxildir. Öz QHT heyətinizin bu gecəyə hazır olduğuna əmin olun. Nəzərə alın ki, regional kofe fasilələri  olmayacaqdır və onlar son iki DSGF-də beynəlxalq gecə ilə əvəz olunmuşlar. DSGF-də təqdim olunan mədəniyyətlərin müxtəlifliliyinə hörmət əlaməti olaraq  alkoqollu məhsullar minimum səviyyədə olacaqdır və dinə əsaslanan qida məhdudiyyətlərinin nəzərə alınması hamının tam şəkildə iştirak etməsini təmin etmək məqsədilə həyata keçirilir.

Açıq Forum
Cümə axşamı günü, 10 avqust, 2017-ci il, saat 15:45-də nümayəndə heyətləri Forumun əsas mövzuları (Fəal Vətəndaşlıq, Gənclərin Cəlb edilməsi, Liderlik və Davamlılıq) ilə əlaqədar olan müxtəlif mövzularda keçirilən sessiyalara kömək etmək imkanı qazanacaqlar. DSGF planlama komitəsinin təmin edə bildiyindən artıq sessiya baş tutarsa, iştirakçılar istədikləri sessiyaları sadə səs vermə yolu ilə seçə biləcəklər. Nümayəndə heyətlərinin öz təklif edilən sessiya(lar) başlıq(lar)ını təqdim etməsi tələb olunan DSGF gündəliyinə baxa bilərsiniz.

Təhlükəsizlik tədbirləri
İştirakçıların təhlükəsizliyi və qorunması üçün biz buraya ehtiyat tədbir blankını əlavə edirik (sənəd üzrə linkə burada baxa bilərsiniz – yalnız ingilis dilindədir)  . Həmin blank yerində qeydiyyat prosesi zamanı təqdim edilməlidir. Biz bütün iştirakçılardan xahiş edirik ki, Forum tədbirinin keçirilmə yerini və Forumun bir sıra rabitə kanallarında mövcud  əlaqə məlumatlarını qoysunlar.

DSGF Hazırlıqları zamanı KT
Hazırlıqlarınızı başa vura bilmənizə kömək etmək üçün DSGF planlama komitəsi  KT tipli sənədi hazırlamışdır (sənəd üzrə linkə burada baxa bilərsiniz – yalnız ingilis dilindədir). Bu, sizə hazırlıq prosesində yardım edəcəkdir.

Rabitə  Kanalları
DSGF iştirakçıları üçün bir neçə rəsmi və rabitə kanalları yaradılmışdır :
• scout.org (link)-da DSGF açılış səhifəsi
• Gənclər Paneli (scout.org-da link, Facebook-da link və Twitter-də link )
• 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu vebsəhifəsi (website) və Facebook səhifəsi.

Həmçinin DSGF iştirakçıları arasında qarşılıqlı əlaqəni təşviq etmək üçün Facebook-da 13-cü Dünya Skaut Gənclər Forumu qrupunu yaratmışıq.

DSGF barədə xəbərləri sosial mediada izləmək və öz töhfələrinizi vermək üçün #ScoutForum hashtag –dən istifadə edə bilərsiniz.

Qeydiyyat və 13-cü Dünya Skaut Gənclər Forumunun gündəliyinə dair hər hansı suallarınız yaranarsa, heç bir tərəddüd etmədən Gənclər Proqramının  (WSB) Direktoru  Hany Abdulmonem ilə   hany@scout.org vasitəsilə əlaqə yarada bilərsiniz.

Forum iştirakçısısınızsa və vizalar, yerli nəqliyyat çatdırılması, tədbirin keçirilmə yeri, qalacaq yer, yeməklər, axşam və istirahət əyləncələri, daxili tədbir və s. ilə bağlı suallarınızı 13-cü DSGF Direktoru (Ev Sahibliyi edən Komitə) Nərgiz Balakişiyevaya nargiz.balakishiyeva@wsc2017.az e-poçta yollaya bilərsiniz.

Menyudan çıx