Forum

Tədbir məkanı

13-cü Dünya Skaut Gənclər Forumu Böyük Qafqaz dağlarında yerləşən Qəbələdə - Qafqaz Resort Oteldə keçiriləcəkdir.

13-cü Dünya Skaut Gənclər Forumunun keçiriləcəyi məkan Qafqaz Resort Oteldir. Otel Dəmiraparançay çayının sahilində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir. Qafqaz Resort Otel modern və yaxşı təchiz olunmuş Bakı Konfrans Salonu adlandırılan, 1-ci mərtəbədə ayrıca binada yerləşən, sərgi üçün ərazisi olan, nahar və axşam yeməyi üçün 200-dən çox (+70) qonağı qarşılayacaq restorandan ibarət konfrans zalına malikdir. Eyni zamanda Bakı Konfrans Salonunda üç proyektor, səs gücləndirici, tərcümə otaqları, Wi-Fi mikrofonu, DVD player, yaxa mikrofonları, masa mikrofonları, üç ekran və bütün zal Wi-Fi ilə təchiz olunmuşdur.

Bütün iştirakçılar biri-birinə bitişik olan binalarda qonaq ediləcəkdir. Əgər Təşkilat Komitəsi və könüllülər üçün yetərli yer olmazsa, onlar Kotteclərdə yerləşdirilə bilərlər: Qəbələdə Qafqaz dağlarının ətəyində yerləşən Qafqaz Resort Otel, çöl fəaliyyətləri kompleksinə malik möhtəşəm 5 ulduzlu oteldir. Otelin təqdim etdiyi 114 otaq və gülərüz personal qonaqların gözəl istirahəti üçün hər bir şəraiti təqdim edir. Təqdim olunan kotteclər ailə və dostlar ilə istirahət etdikdə ideal bir seçim ola bilər. Qafqaz Resort Otel qonaqlarına bir neçə restoran da təqdim edir. Azərbaycan və dünya mətbəxinin gözəl nemətlərini otelin restoranlarında dada bilərsiniz. Otel tərəfindən qrup və şirkət tədbirləri üçün də hər bir şərait təqdim olunur.

Bakı Konfrans Salonunun tutumu:

  • Salonun sahəsi 450 m2
  • Yüksəklik 7 m
  • Burada seminarlar üçün 5 qapalı otaqlar və 7 açıq seminar sahələri var
  • Burada Gənclik Müşavirələri, Planlama komandası, Milli Komitə üçün ayrı ayrılıqda istifadə edə biləcəkləri idari otaqlar vardır.
  • Otelin bütün sahəsinə açıq və qapalı hovuz, kino, disko zalı, tennis, bovlinq, SPA mərkəzi və 600 nəfərdən ibarət amfiteatr daxildir.
  • Hər bir otel binasında 24 saat fəaliyyət göstərən, həcmi 200 nəfərlik olan Pablar vardır.
  • Səhər yeməyi hər iki otel binasında, nahar və axşam yeməyi Bakı Konfrans Salonunda yerləşən yemək salonunda təmin ediləcəkdir. Otel müxtəlif mətbəxlərə aid olan halal, koşer və vegeterian yeməkləri ilə təmin edəcəkdir.
  • Oteldə tibb mərkəzi yerləşir. Təcili yardım və xilasetmə qrupu bütün tədbir boyunca sizlərlə birlikdə olacaqdır. Mərkəzi regional xəstəxana oteldən 7 km uzaqlıqda yerləşir.
Menyudan çıx