Konfrans

Bakı

Dörd elementin birləşdiyi şəhər

Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, Avropa və Asiyanın birləşməsində yerləşir. Paytaxtın adı özlüyündə "külək zərbəsi", "küləklər şəhəri", "təpədəki şəhər" kimi şərh olunur. Bakı, Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Abşeron yarımadasının cənub hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir. Böyük Bakının şəhər sərhədləri təxminən 2,2 min km2-lik geniş sahəni əhatə edir, bura yalnızca şəhər özü deyil, eyni zamanda bələdiyyə aqlomerasiyasıda aiddir. İnzibati baxımdan Bakı 11 rayona bölünür - Əzizbəyov, Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Xətai, Suraxanı və Yasamal.

Şəhərin mərkəzi hissəsi Bakı buxtasına doğru alçalan terraslar ilə amfiteatrda yerləşir. Bakının forması dördbucaqlı şəklindədir, sadəcə şəhərin ən qədim hissəsində qala divarları içində küçələr əyri və dardır. Mərkəz və magistral yollarda tikinti sıx, kənarında isə boşdur. Bakı ətrafında maşınqayırma və tikinti materialları (daş blokları, sement və əhəng istehsal ocaqları), dəmir yolu nəqliyyat müəssisələri, neft hasilatı mərkəzləri və mineral mənbələri (Şix, Suraxanı) görə bilərsiniz. Şəhərin ətrafında bir sıra palçıq vulkanları (Keyrəki, Boğ-boğa, Lökbatan və başqaları) və duz gölləri (Böyükşor, Xocahəsən və s)  var. Şəhərin sərhədlərinə sahil çimərlikləri ilə Abşeron yarımadasının bir kurort sahəsi daxildir. Bakı sahil ərazisi dünya okeanı səviyyəsindən 28 m aşağıdadır.

City, where east meets west...

Bakının Abşeron yarımadası iqlimi yayda orta isti ilə isti quru və qışda qısa mülayimdir. Yunanıstan və İtaliya ilə  eyni enlikdə yerləşən Abşeron, yüksək orta illik temperatur və yağıntı miqdarının az olması ilə fərqlənir. Buna görədə Xəzər dənizi bu enlikdə heç vaxt donmur, Bakı dəniz limanı il boyu işləyir. Bakının və Yerin illik temperaturu onuncu hissədə bir araya gəlir (14.2ºC). Avqust ayında orta temperatur + 28ºC-dir ki, yanvar ayında bu + 3ºC təşkil edir. Yağıntı miqdarı bir il üçün 180 mm-dən 300 mm-ə kimidir. Böyük Bakının cənub-qərb hissəsi Azərbaycanın daha quraq hissəsidir. Burada yağıntı miqdarı il ərzində 150 mm-dən azdır. Güclü şimal küləkləri "Xəzri" və cənub küləkləri - "Gilavar", bura üçün səciyyəvidir.

Böyük Bakının əhalisinin rəsmi sayı 2010-cu ildə 3,5 milyon nəfər təşkil edib, buna baxmayaraq qeyri-rəsmi rəqəm 4 milyonu aşmışdır. Bakı, əhalisi təxminən 7 min olan kiçik bir şəhər olarkən, XIX əsrin ortalarında "Neft Fantanı"ndan sonra əhalinin sayı intensiv artmağa başladı.

 Müasir Bakı inkişaf etmiş neft və qaz çıxarılması, neft-kimya, maşın mühəndisliyi və metal sənayesi, tikinti materialları istehsalı ilə böyük sənaye kompleksidir.

Ölkənin elmi və mədəni həyatı Bakıda cəmləşib. Bura, bütün Müsəlman aləminin Şərqində ilk milli teatr pərdələrini qaldırıldığı və ilk operanın səsləndiyi, ilk Azərbaycan qəzetinin nəşr edildiyi, Azərbaycanın ilk kitabxana və oxu zalının, ilk Universitetin açıldığı yerdir.

Menyudan çıx