Konfrans

Qeydiyyat

41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu – Qeydiyyat prosesi üçün təlimatlar

Ümumi informasiya

Qeydiyyat üçün lazım olan keçid və şifrə Milli Skaut Təşkilatının rəsmi nümayəndəsinə göndərilmişdir. Əgər siz həmin nümayəndəsinizsə və bu barədə heç bir məlumat almamısınızsa, bdahlgren@scout.org poçt adresindən Brian Dahlgren-la əlaqə yaratmağınız xahiş olunur.

Sizin bütün nümayəndə heyətini (təmsilçilər, müşahidəçilər, müşayiət edən şəxslər) eyni anda qeydiyyatdan keçirməyiniz tövsiyyə olunur. Bu xüsusiylə otel rezervasiyaları zamanı işləri qaydasında tutmağınıza kömək ola bilər.

Qeydiyyata hazırlıq

Təmsilçi lideri olaraq, təmsilçi üçün qeydiyyata başlamazdan əvvəl aşağıdakı məlumatlara ehtiyacınız olacaqdır:

  • Müşahidəçilər və müşayiət edən şəxslər daxil olmaqla Konfrans və Gənclik Forumunda iştirak edəcək təmsilçilərin adları
  • Sizin otel seçimləriniz (aşağıdakı məlumatlara baxın)
  • Otağı kiminlə bölüşəcəyi və həmin şəxsin adı
  • Pasport detalları (seriya nömrəsi, verilmə və bitmə tarixi və sair)
  • Pəhriz tələbləri (allergiya, halal, koşer, vegeterian və sair)

İlk öncə özünüzü qeydiyyatdan keçirin, daha sonra "başqa bir şəxs əlavə et" düyməsinə basaraq digər qrup üzvlərini əlavə edin.

Otel rezervasiyaları

Otel rezervasiyanızı özünüz və ya qeydiyyat sistemi vasitəsiylə edə bilərsiniz. Qeydiyyat vasitəsiylə edilən rezervasiyalar, ilk gələn ilk xidmət əsasında təklif olunur. Hər bir otel üçün ayrılan otaq sayı bitdikdən sonra, sistemdə artıq təklif olunmayacaq. Əgər Konfransa böyük bir qrupla qatılmağı planlaşdırırsınızsa, qrupun iki fərqli otelə bölünə biləcəyinə diqqət edin (xüsusəndə əgər son dəqiqədə qeydiyyatdan keçirsinizsə). Otel siyahısını, yerini və qısa təsvirini görmək istəyirsinizsə, Qonaqlama səhifəsinə baxın.

Siz bir otaq və ya paylaşılan otaq seçə bilərsiniz. Paylaşılan otaq ("iki şəxslik istifadə" və "əkiz otaqlar") rezervasiyası edərkən, otaq yoldaşı haqqında məlumatları doldurmaq vacibdir. Otaq yoldaşı kimi listdə göstərilən şəxsin qeydiyyatıda vacibdir.

Misal üçün:

John və Mark eyni otağı paylaşmağı planlaşdırırlar.

John qeydiyyatdan keçir və paylaşılan otaq rezervasiya edir və Markı otaq yoldaşı kimi listdə qeyd edir.

Mark qeydiyyatdan keçir və paylaşılan otaq rezervasiya edir və Johnu otaq yoldaşı kimi listdə qeyd edir.

Siz oteldə yoxlanılma zamanı hər hansı bir problem yaşamamaq üçün daxil etdiyiniz məlumatların doğru olduğuna əmin olun.

Fakturalar

Fakturalar Milli Skaut Təşkilatına veriləcəkdir. Tam təmsilçi qeydiyyatınızı etdikdən sonra təstiqləmək üçün conference2017@scout.org mail ünvanına qısa poçt göndərməyiniz xahiş olunur. Siz Milli Skaut Təşkilatı fakturası və bank transfer detalları ilə bağlı cavab alacaqsınız.

Vizalar

Azərbaycan elektron viza proqramına haqq qazanan 81 ölkə var. Bu dəvət və ya dəstək məktubu tələb etməyən, 20 dollar rüsumu olan, 3 addımdan ibarət bir sistemdir. Zəhmət olmasa ölkənizin siyahıda olub olmadığını buradan yoxlayın. Əgər sizin ölkəniz haqq qazanırsa, vizaya müraciət etmək üçün bu linkdən istifadə edin:  https://evisa.gov.az/en E-vizanız üçün bundan sonra hər hansı vaxtda müraciət edə bilərsiniz, yükləmək üçün pasportunuzun JPEG sürətinə ehtiyacınız olacaqdır.

Əgər ölkəniz 81 ölkənin siyahısında yoxdursa, zəhmət olmasa qeydiyyat prosesi zamanı pasport məlumatlarınızı daxil etdiyinizə əmin olun. Vizayla bağlı başqa suallarınız varsa, zəhmət olmasa info@wsc2017.az poçt adresinə suallarınızı göndərin.

Daha çox kömək

Qrupunuzu qeydiyyatdan keçirərkən sizə kömək olması üçün biriylə əlaqə saxlamaq istəsəniz, skype zəngi etmək üçün  conference2017@scout.org poçt adresinə müraciət etməyiniz xahiş olunur.

Menyudan çıx