Konfrans

Tədbir məkanı

Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi aydın şəkildə strukturlaşdırılmış lakin hərəkətli otaqlardan və zərif dalğavari sink ilə əhatələnmiş, geniş ictimai sahəsi olan, çox funksiyalı binadır. Beynəlxalq konfrans mərkəzinin ürəyi 15 konfrans otaqları, qeydiyyat mərkəzi, ofislər, foye/sərgi məkanı, media mərkəzi, kafe, personal üçün arxa hissə, ictimaiyyətə açıq hissənin olduğu auditoriyadır. Sahəsi: 30,000m2

 

 

Konfrans və ya simpoziumlar, ticarət nümayişləri və sərgilər, teatr, banketlər və ya eyni zamanda bir neçə tədbir üçün pərdə və mobil arakəsmələr ilə bölünən auditoriya, hərəkətli oturma və fırlanan döşəmə sistemi sayəsində bir çox məqsədlər üçün istifadə oluna bilər. Üst mərtəbədəki ofislər və media mərkəzi əsas giriş və  ayrı-ayrı girişlərlə əlaqələndirilmişdir. Bir neçə eskalator və liftlər qonaqlara giriş, auditoriya,  konfrans otaqları və ofis sahələri ilə rahat əlaqə yaratmağa imkan verir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi,  Azərbaycanda, Bakıda yerləşən 57.500 m2 sahəsi olan İraq-İngilis əsilli memar Zaha Hadid tərəfindən inşa edilmiş və özünün fərqli və axıcı memarlığını, kəskin bucaqlardan qaçan dalğavari stilində göstərmişdir. Mərkəz əsas zal (konfrans salonu), qalereya zalı və muzeydən ibarətdir. Şəhər mərkəzinə yaxın yerləşir, Bakının yenidən qurulmasında böyük rol oynayır. 41-ci Dünya Skaut Konfransı zamanı nahar yeməkləri Heydər Əliyev Mərkəzində təşkil olunacaqdır. Nahar yeməyində halal, vegeterian, koşer və qlütensiz yeməklər veriləcəkdir.

Menyudan çıx