41-ci Dünya Skaut Konfransı

Haqqımızda

Skautinqdəki Əziz Bacı və Qardaşlar,

Milli Komitənin adından, bu il Avqust ayında Azərbaycanda keçiriləcək əsas Skaut tədbirləri - 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı zamanı Sizinlə görüşmə həyəcanımızı dilə gətirmək istəyirik. Dünya Skaut Hərəkatı Təşkilatının gələcəkdəki üç illik inkişafının əsas istiqamətlərinin müzakirə olunacağı tədbirə ev sahibliyi etmək bizim üçün böyük bir şərəfdir. Biz, Dünya Skaut Tədbirlərinin təşkilatçılığına peşəkar yanaşmağımızla və yaradıcılığımızla qatqı vermək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacayıq.

Zəngin mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi Sizinlə paylaşmaqdan sevinc duyub, Sizə şübhəsiz ki,  Azərbaycanı daha yaxşı tanımağınız üçün fürsət yaradacayıq. Biz sizə yadda qalan təcrübəyə sahib olmağınızı təmin etmək üçün, sizinlə paylaşacağımız bir neçə sürpriz hazırlayırıq. Biz Azərbaycana səfərinizin axıcı, rahat, təhlükəsiz və unudulmaz olmasını təmin etmək üçün əlimizdən gələnin ən yaxşına çalışacayıq!

Biz sizi Odlar Yurdunda qarşılamağı səbirsizliklə gözləyirik!

Menyudan çıx