WOSM və ASA haqqında qısa məlumat

WOSM və ASA haqqında qısa məlumat

 

Dünya Skaut Hərəkatı Təşkilatı

1907-ci ildə Lord Baden-Pauel tərəfindən təsis edilən Skaut hərəkatı, müasir gənc nəslin təhsil prosesində və gündəlik həyatında böyük və əvəzedilməz rol oynayır. Hal hazırda, Dünya Skaut Hərəkatı Təşkilatının 500 milyondan çox skaut, qız və oğlan üzvü var. Dünya Skaut Təşkilatı - 200-dən çox ölkədən və ərazilərdən 40 milyondan çox fəal üzvü təmsil olunur və sürətlə inkişaf edir.

Skautinq -  dünyada sülhün yaranmasına, digər xalqların adət-ənənə, din və cəmiyyətlərinə hörmətlə yanaşmağın, sevgi və tolerantlıq hissini aşılamağın, kəşfiyyat, həyat tərzi, gənclik və məsuliyyətli vətəndaşlıq kimi anlayışların inkışafına böyük töhfədir. WOSM təşkilatı 2023-cü il üçün- 100 milyon gənclərin yerli ictimaiyyətin üzvü olmasını və dünyadakı dəyişikliklərlə ilhamlanmasını qarşısına bir hədəf kimi qoyur. Belə ki, Skautinq dünya gənclərinin aparıcı təhsil hərəkatı kimi tanınır. Buna nail olmaq üçün bir sıra dəyişikliklər edilməlidir. Dünya səviyyəsinə çatmış Milli Skaut Təşkilatları bu yolda hər anlamda lazım olan addımları atır və inkişaf etmə prosesində fəal iştirak edir.

 

Azərbaycan Skautlar Assosiasiyası

Azərbaycan Skautlar Assosiasiyası (ASA) - 1997-ci il oktyabrın 11-də, yeni təşkilatın ilk üzvləri toplandığı və ilk skaut çadırının Nabran (Azərbaycanın Şimali bölgəsi) düşərgəsində qurulduğu zaman  Assosiasiyanın təsisçisi və birinci prezidenti Namiq Cəfərov tərəfindən yaradıldı. 20 avqust 2000-ci il tarixində isə, ASA WOSM-a dəvət olundu və WOSM-un Avrasiya Skaut Regionunun fəal üzvü seçildi. Həmçinin, ASA Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Asambleyasının üzvüdür. Azərbyacan Skautlar Assosiyasının hal-hazırki prezidenti İlyas İsmayıllıdır.

Baş ofisi Bakının mərkəzində yerləşən Milli Skautlar Assosiyasiyası, son 20 il ərzində olduqca inkişaf etmiş,  idarəetmə sistemini artırmış, təşkilat strukturunu təkminləşdirmiş, bir çox irimiqyaslı tədbirləri həyata keçirmiş və beynəlxalq düşərgələr təşkil etmişdir.

ASA yeni nəslin təhsilinin inkişafında əhəmiyyətli rol oyanır. Hal-hazırda təşkilatın tərkibində  Azərbaycan Respeblikasının 16 regionundan 1750 üzv fəaliyyət göstərir. Belə göstərici Skautinqin Azərbaycan və yaxın bölgələrdə irəlləyişini və üzvlərin artmasıyla yanaşı, tərəfdaşların artımını da nümaiş etdirir.

2014-2017 illər ərzində,  ASA bir çox tədbir və layihələrə ev sahibliyi etmişdir. ASA müntəzəm olaraq illik proqram və yay düşərgələri təşkil edir və hər zaman Azərbaycan Skautinqini  Regional və Dünyamiqyaslı tədbirlərdə təmsil edir.

Daha çox məlumat almaq və skaut ailəmizə qoşulmaq istəyirsinizsə, bizə info@scout.az elektron poçt vasitəsilə müraciət edin.

 

 

Menyudan çıx