Azərbaycan

Mətbəx

Azərbaycanın müxtəlif və özünə məxsus mətbəxi

Zəfəran ətirli plov, sumaqla dadlandırılmış sulu kabab, buğlama, ləvəngi - balıq yeməkləri, desert üçün şəkərbura, təzə meyvə və tərəvəzlərlə bəzədilmiş masa, sonda isə şərbət - bütün bunlar müxtəlif və orijinal Azərbaycan təamlarıdır.

Azərbaycan xalqının mətbəxində çatışmayan yemək tərifləri və inqrediyentlər yoxdur: ölkənin dağ və subtropik iqlimi ləzzətli və sağlam qidalar bişirmək üçün lazım olan hər şeyi mükəmməl şəkildə təmin edir – buna görədə Azərbaycan uzunömürlülərin vətəni hesab olunur. Azərbaycan yeməkləri mal əti, qoyun əti, quş əti və balıq, meyvə və tərəvəzlərə, həmçinin ayrılmaz hissə olan təzə göyərti, ətirli otlar və ədviyyatlarla hazırlanır. Azərbaycan mətbəxi çox əhəmiyyətli, doyurucu və kalori ilə zəngindir, beləki zarafatla "kişi yeməyi" adlandırırlar.

Plov Azərbaycanın xüsusi yeməyidir - zəfəranla dadlandırılmış düyü, ət və ya tərəvəzlərlə (şirin plov adlanır) zənginləşdirilir. Həmçinin qeyri-adi Azərbaycan plovu tərifləridə vardır - südlü, yumurtalı və ya qoz-fındıqlı, həmçinin xəmirin içində bişən Xan plov. Azərbaycan plovu öz hazırlanma və servis olunma şəklinə görə orijinallığı ilə fərqlənir: düyü və qarası ayrıca hazırlanır və servis olunarkən qarışdırılır. Plov əsasən şərbətlə yuyulur – spirtsiz meyvə suları ilə, həmçinin çeşidli bitki toxumu və tumurcuqlarından alınmış çay dəmi ilə.

Digər bir məşhur Azərbaycan yeməyi şirəli və ətirli kababdır - quzu və ya nərə balığından hazırlanaraq, turş ədviyyatlı - sumaq ilə dadlandırılaraq manqalda və ya təndirdə hazırlanır.  Azərbaycanlılar həmçinin dolmanıda sevirlər. Dolma adətən üzüm yarpağına bükülmüş ət qiyməsi deməkdir - bu klassik versiya "yarpaq" adlanır. Başqa dolma çeşidləridə vardır ki, bunlara pomidor, badımcan və bibərin ət qiyməsi ilə doldurularaq hazırlanmasını misal göstərmək olar.

Azərbaycan mətbəxində qutabı unutmaq olmaz. İnsanlar tez-tez bunu "Azəri fast food"u adlandırırlar. Bu düz ayparaya bənzəyən, nazik xəmirin içərisinə doldurulmuş ətdən ibarətdir. Qutab quru isti tava üzərində bişirilir. İsti və hazır qutablara yağ çəkilir, sumaq səpələnir və tez yeyilir. Bu xörəyin həmçinin vegeterian forması da var - qızıl balıq, ispanaq, keşniş, şüyüd, nar dənələri və rəndələnmiş ağ pendir.

Azərbaycan mətbəxi şorba ilə də zəngindir - isti ət şorbası (piti), soyuq qatıqlı şorba (dovğa), unlu (umac), ət topaları (küftə bozbaş) və başqa şorba növləri. Masaya ənənəvi olaraq təzə tərəvəzlər, göyərtilər, turşular, həmçinin çörək və lavaş servis olunur.

Azərbaycanlılar ürəkdən yeyilən bir yeməkdən sonra böyük bir sevgi ilə çay hazırlayırlar, buna görə də burada müxtəlif çeşidli şirniyyatlar və mürəbbələr çox məşhurdur. Azərbaycan şirniyyat xəmiri işləri, lalə toxumu, qoz, badam, küncüt toxumu, zəncəfil, hil və sair daxil olmaq üzərə 30-dan çox növ çeşidə malikdir. Ən məşhur Azərbaycan şirniyyatları paxlava, şəkərbura, Bakı qurabiyəsidir.

Azərbaycanın hər bölgəsinin öz paxlava tərifi və hətta fərqli forması vardır: klassik paxlava almaz formasında,  məşhur Şəki paxlavası dördbucaqlı formasında, Qəbələ bölgəsində üçbucaq formasındadır və "üçqulaq" adlanır. Çay servisi üçün Azərbaycanlılar adətən qarpızdan hazırlanmış mürəbbə, ağ zoğal, tam yetişməmiş qoz, həmçinin albalı ölçülü cənnət alması deyə adlandırılan alma mürəbbəsindən istifadə edirlər. Azərbaycanlılar zeytundan hazırlanmış mürəbbəni də  sevirlər. Adətən, şirniyyat xonçasını qoz-fındıq, kişmiş, müxtəlif siroplardan hazırlanmış qənd ilə  servis edirlər. Şirniyyatlar ənənəvi olaraq dəmlənmiş qara çayla, istiliyi özündə saxlayan armud formasında olan armudu stəkanlarda servis edilir. Sizə nahardan öncə çay verilsə, təəccüblənməyin - bu Azərbaycanlıların qonaqpərvərliyini və səmimiyyətini göstərir.

Menyudan çıx