Azərbaycan

Praktiki məlumat

Azərbaycan İslam, Xristian və Zərdüştlük məbədləri, çoxsaylı tarixi abidələri, flora və fauna və əlbəttə öz müxtəlifliyi, unikallığı ilə səyahətçiləri cəlb edir. Ancaq sərgüzəştlər və nümayiş üçün Odlar Ölkəsinə getməzdən öncə, Azərbaycan haqqında səyahətlə bağlı yararlı olacaq məlumatları öyrəndiyinizə əmin olun.

Pul

Azərbaycanın rəsmi valyutasını manat (AZN) təşkil edir. US$1= 1.75 AZN =1.84 Euro. Ən yaxşısı özünüzlə nağd şəklində ABŞ USD$ (dollar) gətirəsiniz və ya MasterCard/Visa kredit kartından istifadə edəsiniz. "ATM"lər Bakının şəhər mərkəzində geniş yayılmışdır. Bakıdan kənarda yaxşı olar ki, nağd puldan istifadə edəsiniz. Valyuta mübadiləsi prosesi problem deyil və hər hansı bir bankda həyata keçirə bilərsiniz. Səyahət çeklərini nağd halda əldə etmək çətindir.

AZN to USD 

AZN to EUR

Banklar və mübadilə şöbələri

Azərbaycanda banklarda və otellərdə valyuta mübadiləsi prosesini həyata keçirə bilərsiniz. Bank ofislərini Bakıda və digər böyük şəhərlərdə asanlıqla tapa bilərsiniz, həmçinin hava limanında və  bir çox otellərdə valyuta mübadiləsi prosesini heyata keçirən servislər fəaliyyət göstərir. Bankların əksəriyyəti 17:30-da bağlanır, bəziləri isə 24 saat işləyir. Kiçik şəhərlərdə valyuta mübadiləsi prosesi çətin ola bilər.

Bakıda banklar 09:00 və ya 09:30-dan 17:30-a qədər işləyir, bəziləri isə gecə yarısına qədər açıq olur.

Kredit kartı ilə ödəniş Bakıda yerləşən böyük super marketlərdə, banklarda, beynəlxalq otellərdə, eləcə də istirahət mərkəzlərində mümkündür, kiçik şəhərlərdə mümkün deyildir.

Otel qiymətləri

Bakıda otel qiymətləri 60-80 $-dan başlayır, tipik Bakı otelində $ 80-120, ən yaxşı otellərdə (Bakı) $ 180-280 başlayır.

Milli Komitə Bakıda Skaut Ailə Otellərində müxtəlif tarix aralıqlarında qeydiyyatdan keçmiş bütün iştirakçılar və işçi personel üçün 14 otellə xüsusi qiymətlərdən ibarət müqavilə imzalayıb.

Detallar üçün "Qonaqlama" səhifəsinə baxın.
 

Ərzaq qiymətləri

Ucuz yerli yeməklər geniş yayılmışdır (dönər 3-5 azn), standart nahar və şam yeməyinin qiyməti $5-dan başlayaraq $80-a qədərdir.

İçki qiymətləri

Şüşə qabda olan yarım litrlik suyun qiyməti 25-70 sent arasındadır. Barlarda bir bakal pive 1,5 azn, şüşədə olan pivə (Xırdalan) 2-3azn-dən 7 azn-ə qədər dəyişir.

Nəqliyyat qiymətləri

Bakı şəhər mərkəzində taksi xidmətinin qiyməti 3-10 azn arasındadır. Metro ucuzdur və Bakıda istənilən yerə getmək mümkündür (gediş haqqı 20 qepik), avtobuslarda da qiymət metroda olduğu kimidir (20-25 qepik).

Sürücülük

Beynəlxalq lisenziya tövsiyyə olunandır. Böyük beynəlxalq avtomobil kirayə zəncirləri mövcuddur (Avis, Hertz, və s). Avtomobil kirayəsi/4WD yerli lisenziya əsasında təşkil edilə bilər.

Saat qurşağı

GMT+4

Din

İslam Azərbaycanda əsas din hesab olunur. Çoxluq Şiələrdən ibarət olsada, Azərbaycanda Şiə və Sünni kimi ayrım edilmir. Xristian Pravoslav və Yəhudiliyin Azərbaycanda qədim bir tarixi vardır. 2016-cı il, Azərbaycanda multikultiralizm ili kimi qeyd olunmuşdur.

Dil

Azərbaycan dili (Azəri) Azərbaycanda yeganə rəsmi dil hesab olunaraq, Türk dilləri qrupuna aiddir, Rus dili də Bakıda və ümumiyyətlə yaşlı insanlar arasında geniş yayılmışdır, Türk dilidə istifadə olunur, İngilis dili isə Bakıdan kənarda çox az istifadə olunur.

Telefon kodları

Azərbaycan üçün beynəlxalq kod 994, daha sonra ev telefonları üçün 12 (Bakı üçün), mobil telefonlar üçün 50 (Azercell), 55 (Bakcell), 77 və ya 70 (Nar).

Sağlamlıq amilləri

Bu barədə narahat olmayın. Beynəlxalq tibbi səyahət sığortası, tibbi yardıma ehtiyacınız olarsa tələb olunandır. Həmçinin Milli Komitənin Sağlamlıq və Təhlükəsizlik departamenti, hər iki tədbirin qeyd olunan tarixlərində ehtiyac olduğunda lazımi hər cür ilk yardımı və dəstəyi göstərəcəkdir.

Təhlükəsizlik

Ümumiyyətlə çox təhlükəsiz və qonaqpərvərdir. Şiddət və cinayət minimum səviyyədədir.

Alış-veriş

Bir çox beynəlxalq brendlər Bakıda fəaliyyət göstərir, lakin bir qədər bahalıdır. Bakının xaricində isə seçimlər məhduddur.

Elektrik gərginliyi

Azərbaycan Enerji Təchizati 220 Volts/A.C-dən yararlanır.

Bəxşiş

Ümumi qiymətin 10%-i hesablanır, lakin məcburi deyil. Siz taksi sürücülərinə, ofisiantlara, bərbərlərə və sair bəxşiş verə bilərsiniz. ƏDV və xidmət haqqı bütün fakturalara daxil edilir.

Menyudan çıx