Azərbaycan

Turizm

Azərbaycan turizm tarixi, öz yaşını uzun illərdən bəri gələn ənənələrlə sübut etmişdir. Bunun üçün Böyük İpək Yolunu xatırlamaq kifayətdir ki, bu təkcə ticarət üçün deyil həmçinin mədəni mübadilədə də böyük rol oynamışdır. Amma şübhəsiz ki, Xəzər dənizinin sahillərində ölkəyə maraq karbohidrogen ehtiyatlarının axtarışı zamanı alovlandı. Siz 20-ci əsrin əvvəllərində, Azərbaycanın dünyanın neft hasilatının yarıdan çoxunu təşkil etdiyini bilirsinizmi? Hətta sonradan sürətlə zənginləşməkdə olan torpaqlar bütün dünyada insanlar üçün cəlbedici olmağa başladı.

3-cü minillikdə Azərbaycan beynəlxalq turizm mərkəzi olmağa başladı. Zəngin qədim tarixə sahib olan ölkə - paytaxtdan başlayıb buludlarda itən kəndlərə qədər minlərlə yerdən ziyarətçilərə ev sahibliyi edir. Abşeron sahilləri ziyarətçiləri cəlb edir. Dünyanın ən böyük gölü olan Xəzər dənizinin suyu dəniz suyu qədər duzlu deyildir, hər ikisidə eynidir: üzmək üçün uyğun və dəri üçün şəfalıdır. Xəzər bölgəsinin çimərlik turizminin mərkəzində bir qayığa minə bilər, yaxtada gəzintiyə çıxa bilər, balıq tuta bilər və akvalanq ilə suyun dibinə baş vura bilərsiniz. Burada Abşeron yolunda yerləşən Suraxanı kəndində Atəşgah məbədi yerləşir, hardaki ta qədim zamanlardan bəri təbii qazla oksigenin birləşməsindən daim alovlanan atəş var.

Əsrlər boyu neft hasil edilmiş ölkədə həmdə onlarla müalicəvi isti mineral bulaqlar var. Lakin  Azərbaycanın tibbi təsislərinin əsas xüsusiyyətlərindən biri olan, öz  unikallığı ilə fərqlənən yanmayan Naftalan nefti, təbii müalicə materialı kimi möhtəşəm xüsusiyyətləri ilə xidmət göstərir.

Qədim Xınalıq kəndi qədim Yunan və Roma tarixçilərinin yazılarında qeyd edilmişdir. Onlar öz unikal mədəniyyətlərini qoruyublar: onlar öz dillərində danışır və öz milli paltarlarını geyinirlər. Böyük Qafqaz dağlarında ən yüksək və ən izolə edilmiş kənd, yaxın zamana qədər əlçatmaz hesab olunurdu, lakin indi sevilən bir turistik məkana çevrilmişdir.

Əhəmiyyətli sosial-iqtisadi islahatlar, otel standartları və turizm infrastrukturu baxımından Bakı, şəhər mərkəzini Avropa şəhərləri ilə eyni xəttdə yerləşdirdi. Bakı, Azərbaycanın paytaxtı, müasir Avropa şəhərinin memarlığı ilə qədim şəhərin tarixi ruhunu birləşdirir. Siz şəhərin mərkəzindəki göydələnlərdən gözəl bir Qıs Qalası görə bilərsiniz; dəbli otellər İçəri Şəhərin dar küçələri ilə qonşudur. YUNESKO Dünya İrsi siyahısına Bakının bir sıra mücəvhərlərini daxil etmişdir: İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar sarayı.

Azərbaycanı ziyarət edənlər mütləq 537 hektar sahəsi, 6000 mindən çox qayalar üzərində həkk olunmuş şəkilləri olan Qobustan qoruğunu ziyarət etməlidirlər. Qobustan qaya rəsimləri mədəni landşaftı YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Siz həmçinin Qobustan qoruğunda palçıq vulkanları görə bilərsiniz ki, bura dünya palçıq vulkanlarının yarısına sahibdir. Qobustandan Şəkiyə səfər edin. Şəki xan Sarayı Azərbaycanın orta əsr memarlığının zirvəsidir. 1761-62-cil illərdə heç bir mismar istifadə edilmədən inşa edilmiş iki mərtəbəli saray, Hüseyn xan Müştaqın yay iqamətgahı idi.

Azərbaycanda turizm mavi dəniz, dadlı meyvələri olan dağlar, ecazkar mətbəx, qonaqpərvər və  yaradıcı insanlar və müxtəlif xarakterli təiətdən ibarətdir.  Siz mütləq yenidən gəlmək istəyəcəksiniz.

Daha ətraflı məlumat üçün:

Bələdçi proqramımıza və ya/və konfrans sonrası turlarımıza qoşulun və  ecazkar Azərbaycandan zövq alın. 

Menyudan çıx