FAQ

Visas

Viza üçün necə müraciət edə biləcəyimi və hansı tip viza tələb olunduğunu necə öyrənə bilərəm?

Viza prosesi ilə əlaqədar üç ölkə qrupu var:

1.E-viza (online)

Azərbaycan üçün e-viza proqramında 93 ölkə var. Bu dəvətnamə və ya dəstək məktubu tələb etməyən və 20 ABŞ dolları dəyərində asanlıqla həyata keçirilə bilən 3 mərhələli prosesdir. Xahiş edirik ölkənizin buna uyğun olub-olmadığını yoxlayasınız. Əgər ölkəniz buna uyğun gələrsə , viza əldə etmək üçün bu linkdən istifadə edin :  https://evisa.gov.az/en. E-Visa üçün istənilən vaxt müraciət edə bilərsiniz və bunun üçün pasportunuzun JPEG surətini yükləmək lazım olacaq.

2.Yerində viza

Ölkəniz bu siyahıda yer alan 93 ölkədən biri deyilsə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən dəstək məktubunu almaq və ‘yerində viza’ əldə etmək üçün qeydiyyat prosesi zamanı passport məlumatlarınız və passportunuzun skanını mütləq əlavə etməlisiniz.

3.Vizasız rejim

Burada qeyd olunan bir neçə ölkənin vətəndaşları vizasız rejimin bir hissəsidir və Azərbaycana girmək üçün vizaya ehtiyac yoxdur.

‘Yerində viza’ üçün proses necədir?

Əgər ölkənizin adı e-viza ölkələri siyasında yoxdursa (siyahını buradan yoxlaya bilərsiniz https://evisa.gov.az/en/countries) daha sonra 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Formu 2017-də qeydiyyatdan keçmək üçün "Bakı Beynəlxalq Hava Limanında viza almaq" qutusunu qeyd etməlisiniz. Avtomatik olaraq sistem sizin gəliş və gediş müddətinizi nəzərdən keçirəcək və pasportunuzun skanını göndərməyi xahiş edəcək, daha sonra isə Azərbaycana gəldikdə giriş vizası almaq üçün sizə ASA və ARDMX tərəfindən xüsusi dəvət məktubu təqdim edəcəyik.  Viza qiymətləri üçün  http://mfa.gov.az/content/749 linkini yoxlayın.

Həmçinin rəsmi veb saytımızda viza prosesi ilə bağlı məlumatları əldə edə bilərsiniz. http://wsc2017.az/plan-your-trip/how-to-get-visa/

“Gəliş zamanı viza” üçün son müraciət tarixi varmı?

Bəli, son tarix 17 iyuldur. Gəliş zamanı viza almaq üçün ərizə verdiyiniz təqdirdə, Təşkilat Komitəsi müvafiq sorğuya müraciət etmənizi və 17 iyul tarixinə qədər şəxsiyyət vəsiqənizi qeydiyyata salmağınızı xahiş edir. Vəsiqələr 17 iyula qədər yüklənmədiyi təqdirdə,  dövlət qeydiyyatıdan keçmə proseduru və planlaşdırılan şərtlər yerinə yetirilmədiyi üçün, Təşkilat Komitəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən dəstəklənən məktubları təqdim etməyəcəkdir. Əgər bu müddətdən əvvəl proseduru yerinə yetirə bilməsəniz, "qısamüddətli" rəsmiləşdirmə (70 ABŞ dolları ekvivalentində) üçün müəyyən bir məbləğ ödəməniz və ya Azərbaycan Respublikasının ölkənizdəki səfirliyinə müraciət etməniz və öz tərəfinizdən əvvəlcədən viza almağınız xahiş olunur.

Nəqliyyat

Mən gəldiyim zaman otelə və əks istiqamətdə oteldən necə gedə bilərəm?

Bütün iştirakçılar Tədbirlərin rəsmi tarixləri (3,6,7,12,13,14 Avqust) ərzində Hava Limanından Skaut Ailə Otellərinə çatdırılacaq.

Bütün iştirakçılar təyin edilmiş rəsmi gediş tarixlərində (11, 18, 19, 20 avqust) otellərdən gediş üçün avtobuslarla təmin olunacaq. Konfrans Sonrası Turların iştirakçıları istəklərinə uyğun olaraq hava limanına aparılacaqlar.

Servis avtobuslarının yanından məkan və ya otelə necə gedə bilərəm?

Servis avtobuslarının yanından şəxsi ödənişinizlə şəhər avtobusları (BakuBus) və ya taksi ilə gedə bilərsiniz. Taksidən istifadə tamamilə təhlükəsiz və hava limanından şəhər mərkəzinə təqribən 15 manata və ya şəhər mərkəzindən otellərə 3-7 manata gedə bilərsiniz. Uber də mövcuddur.

Qonaqlama, gəliş-gedişlər

Tez və ya gec gəldiyim zaman sifarişlərimi necə idarə etməliyəm?

13 Avqustdan tez və ya 19 Avqustdan gec gəldiyiniz təqdirdə, aydınlıq üçün qonaqlama komitəmizlə  birbaşa əlaqə saxlayın - accommodation@wsc2017.az

Addım addım rəhbər :

  1. Online qeydiyyatdan keçin.
  2. Qeydiyyatınızı qonaqlama tarixlərində (13-19 avqust) edin.
  3. E-mail vasitəsi ilə seçdiyiniz otel, qeydiyyat nömrəniz və otaq nömrənizi bizə göndərin.

Aşağıdakı nümunəni izləyin :

"Salam,
Biz daha tez 11 avqustda gəlməyi və 20 avqustda qayıtmağı planlaşdırırıq. Bu müddət ərzində mən Con Karter və mənim həyat yoldaşım Sarah Konnorun DBL otağa ehtiyacımız var, biz artıq 13-19 avqust tarixlərində Excelsior Hotel-ə qeydiyyatdan keçmişik. Qeydiyyat nömrəmiz : #4234234234 . Xahiş edirəm həmin dövrdə otağın olmasını təsdiq edəsiniz."

  1. Təsdiq və təfərrüatlar üçün suallarınızı bizə ünvanlayın
  2. Əlavə tarixlərə görə sizin üçün  bir və ya iki hesab əlavə ediləcək, gəldiyiniz zaman bunları ödəməlisiniz.

Əgər mən daha tez gəlsəm və ya sonradan yola düşsəm, mənim üçün Skaut Ailəsi Otellərindəki otaqlar eyni qiymətə olacaqmı?

İlk öncə, əgər siz Skaut Ailəsi Otellərində Avqustun 13-dən əvvəl və Avqustun 19-dan sonra otaq sifariş etmək istəyirsinizsə , zəhmət olmasa , accommodation@wsc2017.az vasitəsi ilə bizimlə əlaqə  saxlayın, biz sizin üçün avqustun 13-dən əvvəl və avqustun 19-dan  sonra qonaqlar üçün nəzərdə tutulan otaqları yoxlayacağıq  və otel ilə əlimizdən gələn danışıqlıqları apararaq mümkün olduğu halda otaqların qiymətini sizin üçün xüsusi qiymətlə saxlamağa çalışacağıq.

Əgər mən özüm otaqları booking.com ilə və ya birbaşa otel vasitəsilə sifariş etsəm?

Təbii ki , edə bilərsiniz. Amma , zəhmət olmasa , qeyd edin ki , bütün Skaut Ailəsi otellərində qiymətlər, Azərbaycan Skaut Assosiasiyası və otel idarəsi arasında imzalanmış müəyyən müqavilələr əsasında razılaşdırılmışdır.  Onların qiymətlərini effektiv müqayisə etsək , siz onlayn sifariş sistemlərində səhər yeməyi də daxil tapa bilərsiniz. Zəhmət olmasa nəzərə alın ki , biz ev sahibi olaraq onlayn sifariş sistemi vasitəsilə sifariş edilən otellər və ya öz-özünə qoşulan rezervasiyalarla birbaşa əlaqənizin nəticələri üçün məsuliyyət daşımırıq .

Otelin ayrıntıları və qiymətləri haqqında daha ətraflı məlumat almaq , qalan otaqların müvcudluğu barədə məlumat əldə etmək üçün zəhmət olmasa ,Accomodation  səhifəsini yoxlayın .

Bəs mən özüm , Skaut Ailəsi otelləri qrupuna daxil olan başqa oteli sifariş etsəm?

Bəli, edə bilərsiniz . Sadəcə nəzərə alın ki, Avqust ayı Azərbaycanda turist fəslidir və çox otellər artıq rezerv olunub , buna görə də mümkün olduğunca tez qərar verməyə ehtiyacınız olacaq. Yalnız o şərtlə ki, siz özünüz Konfrans məkanına getməli olacaqsınız. Həmçinin , sizin üçün gündəlik könüllü dəstəyi ilə təmin olunmuş köməkçi lövhəsi olmayacaq.Hava limanından və hava limanına daşınmalar yalnız Skaut Ailəsi Otellərinin görüş nöqtələrində təşkil ediləcək.

Gənclər Forumu və digər tədbirlər üçün qonaqlamaya ehtiyacımız varmı?

Gənclər Forumu və digər tədbirlər üçün qonaqlama yeri bütün qeydiyyatdan keçən iştirakçılar üçün avtomatik olaraq qeyd olunur və iştirak haqqınıza daxil edilir. 13 Avqusta qədər digər tədbirlər üçün qaldığınız halda əlavə yer tələb olunmur, əks halda, Gənclər Forumundan sonra  otel sifariş etməli olacaqsınız.  Bu halda qonaqlama şöbəsi ilə əlaqə saxlayın : accommodation@wsc2017.az

Konfrans Məkanı

Stendlər üçün sifarişin son tarix nədir?

Sərgi üçün boş yerə görə hələ də müddət yoxdur. Bununla birlikdə, sərgi yerləri sürətlə dolur və siz tələssəniz daha yaxşı yerə sahib olacaqsınız. İlk öncə , bütün xidmətlərə görə ilk xidmət prinsipləri tətbiq olunur.

Standart sərgi stendinin qiyməti pulsuzdur?

Bəli. Bütün qeydiyyatdan keçmiş NSO nümayəndə heyətləri, əsas Konfrans məkanında, materiallarını pulsuz olaraq nümayiş etdirmək üçün standart sərgi sahəsi ilə təmin olunacaqlar. Buna daxildir :

- Bir panel 2.5m x 1m

- bir masa

- iki stul

Qonaqlama proqramı və konsfrans turları

13-cü Dünya Skaut Gənclər Forumu

Hava limandan məkana (məsələn Qəbələyə) necə gedə bilərik? Yol xərci nə qədər olacaq?

Qeyd olunan günlərdə iştirakçılar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında (Bakı), Qəbələ Beynəlxalq Hava Limanında və Gəncə Beynəlxalq Hava Limanında (qeydiyyat sistemində göstərilən məlumatlardan asılı olaraq) yerli skautlar tərəfindən qarşılanacaqlar.

Yuxarıda göstərilən hava limanlarından ödənişlər, paketin bir hissəsi kimi pulsuz olacaqdır.

Xüsusi günlər:

Gəlişlər

- KAICIID Barış üzrə Dialoq təlimi - Bakı, 3 avqust 2017-ci il

- Gənclər Forumu - 6 avqust 2017 (bütün gün), 7 avqust 2017 (Bakı vaxtı ilə saat 13.00-a qədər)

Gedişlər:  11 Avqust 2017

Digər suallar

Azərbaycanda kişi və qadınların xarici görünüşünə tətbiq olunan dini və mədəni məsələlər nələrdir?

Azərbaycan xalqının əksəriyyətini müsəlmanlar təşkil edir. Hicabın geyinilməsi şəxsi seçimdir. Azərbaycan da bir çox digər etnik və dini qruplara, eyni zamanda xristian və yəhudi icmalarına, keçmişdən qədim Zərdüşt cəmiyyətinə malikdir.

Həmçinin Azərbaycan çox tolerant və dünyəvi cəmiyyətə sahib bir ölkədir. Bakıda, qadınlar və kişilər, ümumiyyətlə, qərb tərzində geyimlər, həmçinin milli ənənəvi geyim növlərini də geyinirlər. İsti yay mövsümündə qısa qollu köynək, şort, ətək geyinmək mümkündür. Dini , ibadət yerlərini və s. ziyarət edəcəyiniz təqdirdə, bu yerlərdə tətbiq olunan qaydalara hörmət göstərməlisiniz.

Avqustda hava necə olacaq?

Yayda Abşeron yarımadasının ən isti dövrdür; gündəlik temperatur 30-35 dərəcə arasında olur. Gündəlik yüksək temperaturların düşməsi Avqust ayında bəzən Bakıda xarakterizə edilir. Əgər Foruma gələcəksinizsə,unutmayın ki, Qəbələ dağlar arasında yerləşir və orada külək və yağışlar daha güclü ola bilər.  İqlim və təxmini hava haqqında daha çox məlumat üçün http://wsc2017.az/azerbaijan/climate/ səhifəsinə baxın.

Gecələr çöldə gəzmək təhlükəlidirmi?

Azərbaycan təhlükəsiz ölkədir. Şəhərin mərkəzi və şəhərdəki digər gəzinti və turistik yerlər demək olar ki, bütün gecə tamamilə işıqlandırılır. Taksilər 24/7 şəhər mərkəzində və ətrafında müştəriləri gözləyir və tamamilə təhlükəsizdirlər. Hər halda , ilk dəfədir bura gəlirsinizsə  və Azərbaycan, Rus və ya İngilis dillərini bilmirsinizsə, yerli məkanları və dili bilən biri ilə birlikdə olmağınız yaxşı olardı.

Menyudan çıx