Son xəbərlər

Dünya Skaut Komitəsinə 12 yeni üzv seçildi

Xəbərlər

“Dünya Skaut Hərəkatı Təşkilati 2017-2020” üçün Dünya Skaut Komitəsinin seçilmiş 17 yeni üzvü var. 16 avqust 2017-ci il, Bakı Konqres Mərkəzində keçirilən 41-ci Dünya Skaut Konfransında 12 yeni üzv seçildi. Konfrans, 14-18 avqust 2017 il tarixləri arasında davam edəcək.

Dünya Skaut Komitəsi WOSM’un icra orqanıdır və onun əsas komponentlərindən biridir. Digər iki komponent isə, Dünya Skaut Konfransı və Dünya Skaut Bürosudur. Dünya Skaut Komitəsi Dünya Skaut Konfransının qətnamələrini həyata keçirir və öz adından iclaslarda iştirak edir.

Öncəki gün, Konfransa qatıla bilməyən, lakin öz səslərini digər NSO’lara ötürən 9 NSO üzvü daxil olmaqla 151 Milli Skaut Təşkilatından qatılan iştirakçılarılar qarşısında, 19 nazmizəd öz prezentasiyalarını təqdim etdi.

Səsvermə sesiyasından sonra Dünya Skaut Komitəsinin 19 namizədi seçildi.

Dünya üzərində, 6 WOSM Regionundan qatılan, yenicə seçilmiş üzvlər:

  • Mehdi Ben Khelil (Tunis)
  • Peter Blatch (Avstraliya)
  • Edward Andrew “Andy” Chapman (Amerika Birləşmiş Ştatları)
  • Jo Deman (Belgiya)
  • Janaprith Salinda Fernando (Şri Lanka)
  • Ilyas Ismayilli (Azərbaycan)
  • Sarah Rita Kattan (Livan)
  • Leonardo Morales Morales (Kosta Rika)
  • Pia Melin Mortensen (Danimarka)
  • Jemima Nartemle Nartey (Qana)
  • Juan Reig (İspaniya)
  • Craig Turpie (Birləşmiş Krallıq)

Növbəti üç ərzində Dünya Skaut Komitəsi, Dünya Skaut Konfransınln qətnamələrini həyata keçirəcək və öz adından iclaslarda iştirak edəcək.

Menyudan çıx