Son xəbərlər

Azərbaycan gecəsi

Xəbərlər

Qarışıq keçən gündən sonra, qonaqlar nəhayət ki, gecənin xüsusilə hazırlanmış asudə hissənində istirahət edə bildi. Odlar Yurdu bütün iştirakçılar üçün dəbdəbəli Atəşgah restoranında möhtəşəm “Xoş Gəldin” gecəsi təşkil etdi. Qonaqlar gözəl, qonaqpərvər atmosferdən, ləzzətli yeməklərdən, rəqqasların çevik rəqsindən və birlikdən zövq aldı. Ulduzlu və sehirli göy üzünün altında toplaşdı, bu möhtəşəm gecədə duyğularını və təəssüratlarını paylaşdı.

Gecə, Bakı Konqres Mərkəzində olduğu kimi sakit keçməsə də, iştirakçıların rahatlığı üçün, nəqliyyat komandası hazırlıqlar etmişdir. Beləliklə, iştirakçılar gecəyə gəlib, gözəl vaxt keçirə bildi. Azərbayn Milli musiqisinin cazibə və sehrinə müqavimət göstərmək çox çətin idi. Əsas səhnədə beynəlxalq skautlar musiqinin sehrinə qapılıb yerli skautlarla birgə rəqs etdi.

Yaddaqalan atmosfer və görkəmli çıxışlara görə bütün rəqqas və ifaçılara təşəkkür edirik!

Menyudan çıx