Son xəbərlər

Craig Turpie 207-2020 Dünya Skaut Komitəsinin Sədri seçildi

Xəbərlər

Birləşmiş Krallıqdan olan cənab Craig Turpie 2017-2020 Dünya Skaut Komitəsinin Sədri olaraq seçildi. Qərar, 14-18 avqust tarixləri arasında, Bakı Konqres Mərkəzində keçirilən 41-ci Dünya Skaut Konfransının son günündə qəbul edildi.

Sədr, Dünya Skaut Komitəsinin on iki yeni üzvü arasından seçilmişdir. 12 yeni üzv, bir gün öncə, 16 avqust 2017-ci il tarixində seçilmişdir. Ardınca isə, Dünya Skaut Komitəsinə iki yeni sədr seçilmişdir. Onlar: xanım Qanadan Natemle Nartey və Amerika Birləşmiş Ştatlarından cənab Edrward Andrew “Andy” Chapmandır.

Dünya Skaut Komitəsi Dünya Skaut Hərəkatı Təşkilatının icra orqanıdır. Dünya Skaut Hərəkatı Təşkilatının 3 əsas komponenti var. Dünya Skaut Hərəkatı onlarda biridir. Digər ikisi isə Dünya Skaut konfransı və Dünya Skaut Bürosudur. Dünya Skaut Komitəsi qətnamələrin qəbul edilməsindən və öz adından görüşlərdə iştirak etməkdən cavabdehdir.

Dünya Skaut Komitəsinə seçilmiş 12 yeni üzv:

  • Mehdi Ben Khelil (Tunis)
  • Peter Blatch (Avstraliya)
  • Edward Andrew “Andy” Chapman (Amerika Birləşmiş Ştatları)
  • Jo Deman (Belgiya)
  • Janaprith Salinda Fernando (Şri Lanka)
  • Ilyas Ismayilli (Azərbaycan)
  • Sarah Rita Kattan (Livan)
  • Leonardo Morales Morales (Kosta Rika)
  • Pia Melin Mortensen (Danimarka)
  • Jemima Nartemle Nartey (Qana)
  • Juan Reig (İspaniya)
  • Craig Turpie (Birləşmiş Krallıq)
Menyudan çıx