Son xəbərlər

Misir 42-ci Dünya Skaut Konfransına ev sahibliyi edəcək

Xəbərlər

Misir 2020-ci ildə keçiriləcək 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək ölkə olaraq seçildi. Qərar, 14-18 avqust tarixləri arasında, Bakı Konqres Mərkəzində keçirilən 41-ci Dünya Skaut Konfransının son günündə, səsvermə nəticəsində qəbul edildi.

Dünya Skaut Konfransı, WOSM’da vacib qərarların qəbul edildiyi idarəetmə orqanıdır. Üzv olan təşkilatlar Skaut Hərəkatının siyasət və standartlarnı nəzərə alır, Dünya Təşkilatının ümumi siyasətini formalaşdırır və Hərəkatın gələcək məqsədləri üçün hərəkətə keçir. Konfransın əsas funskiyaları Dünya Skaut Komitəsinə yeni üzvlər seçmək, yeni üzv ölkələri qəbul etmək, Dünya Skaut Tədbirlərinin, Dünya Skaut Camborilərinin, Dünya Skaut Mutlarının, Dünya Skaut Konfransının və Dünya Skaut Forumunun keçirilmə məkanlarını seçməkdir. Konfrans üç ildən bir keçirilir.

Dünya Skaut Gənclər Forumu Dünya Skaut Konfransı ilə birgə keçirilir. Gənclər Forumu Konfrasdan əvvəl baş tutur və NSOlara gənc perspektivdən Dünya Skautinqinə aid fərqli problemləri müzakirə etmək imkanı yaradır. Hər bir Milli Skaut Təşkilatı Dünya Skaut Gənclər Forumuna öz heyəti ilə birgə qatıla bilər. Iştirakçılar 18 yaşdan 26 yaşa qədər olmalıdır. Gənclər Forumunun bir çox iştirakçısı həm də Konfransda iştirak edir. Dünya Skaut Gənclər Forumu, dünya səviyyəsində qərarların qəbul edilməsində gənclərin cəlb olunması üçün müvəqqəti bir tədbir sayılır və forumun sonunda təkliflər nəzərdən keçirilsin deyə Konfransda təqdim edilə bilər.

42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyi etmək üçün iki namizəd irəli sürülmüşdü: Misir və Malayziya. Hər bir heyət səsvermə haqqından istifadə edərək qərarını verdi. Elan edildikdən sonra, Misirin Konfransa və Foruma ev sahibliyi edəcəyi bəlli oldu.   

Menyudan çıx