Son xəbərlər

İraq Dünya Skaut Hərəkatı Təşkilatına geri döndü

Xəbərlər

İraq Skautinqi, 17 avqust 2017-ci il, 41-ci Dünya Skaut Konfransında, İraqın WOSM’un tam üzvü olması elan edildikdən sonra, rəsmi olaraq Dünya Skaut Hərəkatı Təşkilatına geri döndü.

Dünya Skaut Hərəkatı Təşkilatının Sədri João Armando Gonçalves və WOSM Baş Katibi Ahmed Alhendawi, İraq Skautinqi təmsilçilərinə WOSM üzvlük sertifikatını və bayrağını təqdim etdi.

İraq, Skaut Hərəkatını dəstəkləyən Ərəb ölkələri arasında birincidir. O öz Skaut proqramını ilk dəfə 1921-ci ildə təqdim etmişdir. İraq 1922-ci ildən 1940-cu ilə qədər, sonra isə, 1956-cı ildən 1999-cu ilə qədər WOSM üzvü olmuşdur. Skaut Hərəkatını ölkədə bir neçə il ərzində bərpa etdikdən sonra, İraq yenidən WOSM tam üzvü olaraq Hərəkata geri döndü.

Menyudan çıx