Səyahət

Gəliş və gediş

Milli Komitə 13-cü Dünya Skaut Gənclər Forumu və  41-ci Dünya Skaut Konfransı iştirakçıları üçün Azərbaycana təyin olunmuş limanlara və limanlardan gediş və gəliş transferlərini təşkil edəcəkdir.

13-cü Dünya Skaut Gənclər Forumu, Qəbələ, Azərbaycan

Forum üçün gəliş vaxtı: Bazar günü, 6 Avqust 2017-ci il

Gəncə (KVD), Qəbələ (GBB) və Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və  13-cü DSGF-nun keçiriləcəyi məkanda - Qəbələdə, Qafqaz Resort Oteldə servis avtobusları fəaliyyət göstərəcək.

Bakı və Gəncə hava limanlarından səfər vaxtı 4 saat təşkil edir.

Forumdan gediş vaxtı: Cümə günü, 11 Avqust 2017-ci il

Transfer xidməti yalnız İnterevet və ya 41-ci Dünya Skaut Konfransında iştirak etməyəcək şəxslər üçün təqdim olunacaqdır.

Qeyd: Forum sonrası gediş transferləri yalnız Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün təmin ediləcəkdir.

 

41-ci Dünya Skaut Konfransı

Konfransa gəliş tarixləri: Şənbə günü, 12 Avqust 2017-ci il və  Bazar günü, 13 Avqust 2017-ci il

Servis avtobusları Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə Skaut Ailə Otelləri arasında fəaliyyət göstərəcəkdir.

Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından transfer üçün səfər müddəti 40 dəqiqə təşkil edəcəkdir.

Konfransdan gediş tarixləri: Cümə günü, 18 avqust, Şənbə günü, 19 Avqust və Bazar günü, 20 Avqust 2017-ci il

Gediş iştirakçılar tərəfindən veriləcək gediş detallarına uyğun olaraq təşkil olunacaqdır.

Qeyd: Konfrans sonrası gediş transferləri yalnız Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün təmin ediləcəkdir.

Gündəlik servis avtobusları

41-ci DSK iştirakçılarına Konfrans vaxtı, Skaut Ailə Otelləri ilə Konqres Mərkəzi arasında servis avtobusları veriləcəkdir. Avtobusların intervalı 15, 60 və 120 dəqiqə arasında olacaqdır (tezliklə ətraflı məlumat paylaşılacaq).

Qeyd: Biz Tədbir Məkanı ətrafındakı otelləri gündəlik servis avtobusları ilə təmin etməyəcəyik.

Menyudan çıx