Səyahət

Gömrük qaydaları

Gömrük bəyannaməsi

Xarici valyutanın Azərbaycana girişi limitli deyil, lakin məbləğ bildirilməlidir. Giriş bəyannaməsində göstərilmiş məbləğin xaric olunmasına icazə verilir. Zəhmət olmasa getdikdən sonra heç bir problem yaşamamaq üçün nağd pul, xüsusilə də 10000 ABŞ Dollarını aşan hər hansı bir miqdarı bəyan etdiyinizdən əmin olun. Foto və video texnologiyasının bildirilməsi tövsiyyə olunur. Gömrük müqaviləsini ölkədən çıxana qədər saxlamağınız vacibdir.

Malların idxal və ixracı

Xarici ölkə vətəndaşlarının yerli valyutanı idxal və ixrac etməsi qadağandır. 16 yaş və yuxarı şəxslər üçün rüsumsuz idxal edilməsinə icazə verilir: 1000 ədəd siqaret və ya 1 kq tütün məmulatları; 1,5 litrlik spirtli içkilər və 2 litrlik şərab, şəxsi gigiyena üçün ətriyyat və toplam dəyəri 10000 ABŞ dolları olan digər mallar.

Silah və yaraqların idxalı qadağandır. Ov tüfəngləri istisna edilə bilər, lakin xüsusi icazə olmalıdır. Həmçinin narkotik maddələrin və dərmanların; təzə meyvə və tərəvəzlər; heyvanlar; Azərbaycanın konstitusiya quruluşuna qarşı kimi qiymətləndirilən şəkillər və çap materiallarının idxal edilməsi qadağandır.

 

Suvenirlər və şəxsi əşyalar

Azərbaycandan rəsmi şəkildə alınan malları, şəxsi əşyaları və əl işi məhsullarının ixracı üçün icazə verilir.

Əntiq əşyaları Mədəniyyət Nazirliyinin icazəsi olmadan ixrac etmək qadağandır: qiymətli daşlar, sikkələr, əlyazmalar və bənzəri digər sənət əsərləri. 1960-cı ildən öncə hazırlanan xalça və əl işləri Mədəniyyət Nazirliyində sertifikat alınmadığı müddətcə vergiləndirilir, hansı ki, rəsmi sənət mağazalarına və studiyalara verilir. Marketlərdə və ya xüsusi mağazalarda hər hansı bir əşya almadan öncə - onların adətən bu tip sertifikatlara sahib olmadığını xatırlayın.

Menyudan çıx