Könüllülər

Yerli könüllülər komandası

2017-ci il АSA-nın Milli Müstəqil Skaut Təşkilati və Avrasiya Skaut Regionu kimi yaradılmasının 20-ci il dönümüdür. Bu önəmli hadisələri birləşdirmək imkanı təşkilatımızın  tarixində böyük bir mərhələ olmaqla yanaşı, gənc Milli Skaut təşkilatlarının iri tədbirlər keçirmək iqtidarında olmalarında bütün dünyaya nümunə olacaq.

May ayından başlayaraq 41-ci Dünya Skautlar Konfransı və 13-cü Dünya Gənclər Skaut Forumunun Milli Komitəsi iyul ayının sonuna kimi davam edən könüllülərin çağırışı prosesini keçirtmişdir. Və artıq biz rəsmi olaraq elan edirik ki, könüllülərin seçilməsi prosesi iyulun 31-də bitmişdir.

Ümumi olaraq 1100-ə yaxın yerli könüllü iştirak üçün müraciət etmişdir, və əsaslı seçim müsahibələrindən sonra yalnız 400 nəfər seçilmişdir. Seçilmiş könüllülər aşağıda qeyd olunan tarixlərdə üç əsas tədbirdə iştirak edəcəklər:

  • 13-cü Dünya Gənclər Skaut Forumu, Qəbələ, Azərbaycan: 7-10 Avgust, 2017
  • Interevent Şəki, Azərbaycan, 11-13 Avgust, 2017
  • 41-ci Dünya Skaut Konfransı, 13-18 Avgust, 2017

Siz dünya miqyaslı tədbirlərin təşkil olunmasında mühüm bilik və bacarıqlara yiyələnməklə yanaşı, skautinqin uşaqara, gənclərə, onların ailələrinə və beynəlxalq ictimaiyyətə təsirlərinə dair unikal təcrübəyə sahib olacaqsınız.

Siz multikultural mühitdə təlim keçmək, dünya skautinqi barədə biliklər əldə etmək, eləcə də xarici dil bacarıqlarınızı təkmilləşdirmək və timbildinq üzrə tədbirlərdə iştirak etmək imkanları əldə edəcəksiniz.

Bundan başqa, hər könüllüyə forma və çanta veriləcək. Könüllülər iş zamanı yemək, sərinləşdirici içkilər və nəqliyyatla təmin olunacaqlar. Hər bir könüllüyə sertifikat da təqdim olunacaq.

Keçirilən təlimlər nəticəsində könüllülər tapşırılan məsələləri yerinə yetirmək üçün müxtəlif heyətlərə bölünəcək, onlardan qeyd olunan tədbirlər zamanı müvafiq növbələrdə işləməkləri xahiş olunacaq: 

  • Hava limanında yardım, gəliş/gediş, məlumat dəstəyi
  • Otellərə yerləşdirmədə yardım və məlumat dəstəyi
  • Nəqliyyət (iştirakçıların hava limanından otellərə və əks istiqamətdə müşayiət olunması)
  • Qeydiyyat (iştirakçılara konfransda qeydiyyat yardımı/Proqram üzrə sualların yerindəcə həlli)
  • Forum/Konfrans (Tədbir müddətində yardım)
  • Tərcüməçilik xidməti (Məlumatların yayılması/qeyri-ingilis dilli iştirakçılara yardım)
  • IT və kommunikasiya dəstəyi (iştirakçılara bütün tədbirlərdə peşəkər dəstək)
  • Sağlamlıg və təhlükəsizlik (girişdə və tədbir keçirələcək ərazidə nəzarət)
  • Təşkilat Komitəsinin digər istiqamətlərdə göstərişləri

Müraciət edənlərə əsasən tələblər:

  • Yaş: 16-dan yuxarı
  • Dil bacarıqları: azərbaycan və ingilis. Rus, ərəb, fransız, ispan dillərini bilənlərə üstünluk veriləcək.
  • Peşəkar bacarıqlar: ali təhsil və ya yuxarıda göstərilən sahələrin birində və ya bir neçəsində zəngin təcrübə
  • Skaut təcrübəsi, həmçinin digər gənc təşkilatların tədbirlərində iştirak arzu olunandır
  • Beynəlxalq skaut konfranslarının keçirilməsində təcrübə

Tədbirdə iştirak üçün müraciət edən və məkan və tədbir şərtlərinin məhdud olduğundan qəbul edilməyən bütün yerli könüllülərə minnətdarlığımızı bildiririk, müraciət edən hər kəsə gələcək işlərində uğurlar arzulayırıq.

Bizim mehriban heyətimizə qoşulan bütün könüllüləri yenidən salamlayırıq və inanırıq ki, sizing enerji və sədaqətiniz Dünya Skaut Gənclər Forumunun və Dünya Skaut Gənclər Konfransının təşkil olunmasında bizə dəstək olacaqdır! 

Hazır Ol! Be prepared!

Menyudan çıx